Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Təchizat sahəsində innovativ yanaşmalar” mövzusunda növbəti təlim keçirilib.

Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Sentyabrın 10-da Şəki KOBİM-in təşkilatçılığı ilə "Təchizat sahəsində innovativ yanaşmalar” mövzusunda növbəti təlim keçirilib. 7 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara təchizat sahəsində ən son texnologiyalar və innovativ yanaşmalar, təchizat zəncirinin optimallaşdırılması, şəffaflığın artırılması və məhsuldarlığın yüksəldilməsi prosesləri barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...