Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə “Sosial sahibkarlıqda qadın sahibkarların rolu" mövzusunda növbəti təlim keçirilib.

Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrn 25-də Şəki KOBİM-in təşkilatçılığı ilə “Sosial sahibkarlıqda qadın sahibkarların rolu" mövzusunda növbəti təlim keçirilib. 14 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti iştirakçılara sosial sahibkarlığın konsepti və qadın sahibkarların bu sahədəki əhəmiyyəti, uğurlu qadın sosial sahibkar nümunələri və onların təcrübələri, qadınların iş yerlərinin yaradılması və sosial problemlərin həllindəki rolu barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...