Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Rəqəmsal bacarıqlar" mövzusunda növbəti təlim keçirilib.

Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 25-də Şəki KOBİM-in təşkilatçılığı ilə "Rəqəmsal bacarıqlar" mövzusunda növbəti təlim keçirilib. 11 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara rəqəmsal transformasiya və müasir iş mühitinə təsiri, rəqəmsal texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, rəqəmsal etik qaydalar və ünsiyyət strategiyaları barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...