Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Maliyyənin idarə edilməsi" mövzusunda növbəti təlim keçirilib.

Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 21-də Şəki KOBİM-in təşkilatçılığı ilə "Maliyyənin idarə edilməsi" mövzusunda növbəti təlim keçirilib. 9 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara maliyyə idarəçiliyinin mahiyyəti və əhəmiyyəti, şirkətlərin maliyyə idarəetmə strukturu, maliyyə idarəetməsinin əsas məqsədləri və funksiyaları barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...