Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "İdeyadan biznesə keçid" mövzusunda növbəti təlim keçirilib.

Sentyabrın 11-də Şəki KOBİM-in təşkilatçılığı ilə "İdeyadan biznesə keçid" mövzusunda növbəti təlim keçirilib. 10 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara biznes ideyasını müəyyənləşdirmə, bazar araşdırmaları, rəqabət təhlili, hədəf müştəri təyin edilməsi, biznes plan tərtibi, maliyyə və hüquqi tələblər və ilkin satış strategiyaları barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...