Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Biznesdə ictimaiyyətlə əlaqələrin vacibliyi" mövzusunda növbəti təlim keçirilib.

Sentyabrın 26-da Şəki KOBİM-in təşkilatçılığı ilə "Biznesdə ictimaiyyətlə əlaqələrin vacibliyi" mövzusunda növbəti təlim keçirilib. 6 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara PR-in biznesin nüfuzuna və imicinə təsiri, brend və imicin PR vasitəsilə inkişafı, mediada biznesin mövqeyinin gücləndirilməsi barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...