Xəbərlər
Şəki KOBİM-in " Kənd təsərrüfatında yaşıl iqtisadiyyatın əhəmiyyətliliyi" mövzusunda növbəti təlim keçirilib.

Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrn 10-da Şəki KOBİM-in təşkilatçılığı ilə " Kənd təsərrüfatında yaşıl iqtisadiyyatın əhəmiyyətliliyi" mövzusunda növbəti təlim keçirilib. 5 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti tərəfindən kənd təsərrüfatında aşağı karbonlu istehsal texnologiyaları, yaşıl texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı məhsuldarlığının ekoloji yanaşmalarla artırılması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...