Xəbərlər
KOBİM-in təşkilatçılığı ilə "Biznesdə qadınların rolu" mövzusunda növbəti təlim keçirilib.

Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrn 21-də Şəki KOBİM-in təşkilatçılığı ilə "Biznesdə qadınların rolu" mövzusunda növbəti təlim keçirilib. 7 iştirakçının qatıldığı təlimdə Şəki KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara qadın liderlərin təşkilatlara və cəmiyyətə təsiri, qadın sahibkarların üzləşdiyi çətinliklər və onların aradan qaldırılması yolları, qadın sahibkarlığının təşviqi və imkanları barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Şəki KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Mühasibat uçotunun təşkili" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
Şəki KOBİM-in təşkilatçılığı ilə "Sahibkarlıqda ilk addımlar" mövzusunda növbəti təlim keçirilib.
Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...