Təlim xidmətləri
Bazar iqtisadi münasibətləri şəraitində biznes mühitində təlimlərin və müxtəlif maarifləndirmə proqramlarının rolu danılmazdır. Respublikamızda da istər sahibkarlıq seqmentində, istərsə də iqtisadiyyatın digər sahələrində təlim xidmətlərinin əhəmiyyəti günü-gündən artmaqdadır. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindən biri də KOB İnkişaf Mərkəzləridir. KOBİM-lər artıq ölkənin müxtəlif bölgələrində sahibkarların maarifləndirilməsi istiqamətində müxtəlif mövzularda təlim proqramları həyata keçirir. Təlim proqramları sahibkarların və ya sahibkar olmaq istəyən şəxslərin fəaliyyətinin innovativ stimullaşdırılmasına xidmət edir. Şəki KOB İnkişaf Mərkəzi Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar, o cümlədən, sahibkar olmaq arzusunda olan şəxslərin maarifləndirilməsi istiqamətində aşağıdakı təlim xidmətlərini həyata keçirir:
- Biznesə başla
- Kənd təsərrüfatı
- Biznes planın hazırlanması
- Turizm
- Maliyyə, muhasibatlıq və analitikası
- İxrac
- Fərdi inkişaf (Soft skills)
- Biznes hüququ və korporativ müqavilələr
- Keyfiyyət menecmenti
- İnsan resurslarının idarə olunması
- SƏTƏM
- Satınalmalar
- Yerli və ənənəvi məşğuliyyət növlərinin stimullaşdırılması
- Sosial media marketinq
- Satış kanallarının müəyyən olunması
- Sığorta bazarı və biznesin sığortası
- Firmanın inkiaf strategiyası
- Vergi və DSMF hesabatları
- ISO 22000 Qida təhlükəsizliyi idarəetmə sistemi
- Kənd təsərrüfatının məhsullarının ixracı
- İxracla bağlı İSO sertifikatı, (Global GAP) və s.
- Kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı beynəlxalq təcrübə